29 iyun 2017, 15:00

Məhəmməd Şükürovdan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mən ailəmlə Tərtər rayonunun təmas xəttinə yaxın yerləşən Qaynaq kəndində yaşayıram. Şəhid atasıyam. Məlum olduğu kimi, erməni təxribatçıları Sərsəng su anbarının qarşısını kəsərək, əkin-biçinimizi suvarmağa imkan vermirlər.

Sizin sərəncamınızla rayonumuzda qazılıb istifadəyə verilən 15 subartezian quyusundan biri də bizim kəndin payına düşdü. İndi əkin sahələrimizi rahatlıqla suvara bilirik.

Möhtərəm Prezident, cəbhə bölgəsinin sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun!

Hörmətlə,

Şükürov Məhəmməd Usub oğlu

Azərbaycan Respublikası, Tərtər rayonu, Qaynaq kəndi.