29 iyun 2017, 11:50

Rəbbin Vəliyevdən, Naxçıvan, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Bu məktubu Sizə yazmaqda məqsədim həm iqtisadi, həm də siyasi qarşıdurmalarla əhatə olunmuş geosiyasi bir regionda yerləşən doğma Azərbaycanımızın ağıllı və uzaqgörən siyasətiniz sayəsində bu təlatümlərdən kənarda qalmasının, inkişaf tempini itirmədən Ümummilli Liderimizin siyasi xəttini rəhbər tutaraq dünyamiqyaslı güc mərkəzinə çevrilməklə gündən-günə inkişaf etməsinin məndə doğurduğu xoş təəssüratdır. Mən bir tarix müəllimi olaraq, dövlətimizin daha da güclənməsi yolunda əziyyət çəkən, gecəsini gündüzünə qataraq ancaq Vətənimizin parlaq gələcəyini düşünən cənab Prezidentimizə - İlham Heydər oğlu Əliyevə təşəkkürümü bildirmək istəyirəm.

Cənab Prezident Sizi əmin edirəm ki, istər xarici müdaxilələrə, istərsə də daxili sabitliyimizi pozmaq istəyən şər qüvvələrin bütün səylərinə baxmayaraq, Azərbaycan gəncliyi Sizin siyasətinizi dəstəkləyir və gördüyünüz bütün işlərin Azərbaycanın gələcəyinə, xalqın rifahına, Vətənimizin inkişafına yönəldiyinə qəti şəkildə əmindir. Tutduğumuz bu yol daimi və uğurlu olsun!

Hörmətli cənab Prezident, Ulu Tanrıdan Sizə möhkəm cansağlığı və bütün işlərinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

Vəliyev Rəbbin Asəf oğlu

Azərbaycan Respublikası, Naxçıvan MR, Şərur rayonu, Düdəngə kəndi.