Gerb

27 iyun 2017, 12:35
W1siziisijiwmtcvmdyvmjcvmmi5cwvoyw1ybv8wmdeuslbhil0swyjwiiwidgh1bwiilci2ntr4mzi3iyjdxq?sha=9996ee931d73aeda

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın təkbətək görüşü keçirilib.

Görüşdə Azərbaycan ilə Polşa arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya rəsmi səfərinin münasibətlərimizin inkişafı baxımından önəmi xüsusi vurğulandı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

Görüşdə Prezident İlham Əliyev və Prezident Andjey Duda qarşılıqlı olaraq hədiyyələr təqdim etdilər.


Böyük ölçüdə