Gerb

25 iyun 2017, 16:45
W1siziisijiwmtcvmdyvmjuvode2bxptn2xsbv8ylkpqryjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=eefb2576183435f3

Prezident İlham Əliyev Formula-1-in sədri və icraçı direktoru Çeyz Kerini, Formula-1 Motorsportun direktoru Rous Braunu və Formula-1-in kommersiya və marketinq üzrə direktoru Şon Bratçesi qəbul edib.

Formula-1 yarışlarının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirən dövlət başçısı dedi ki, ötənilki yarışlardan sonra ölkəmizdə turizm sahəsində 25 faiz artım olub. Prezident İlham Əliyev Bakıda Formula-1 yarışlarının şəhər halqası trekində keçirilməsinin paytaxtımızın daha da yaxından tanınmasına imkan yaratdığını bildirdi. Dövlət başçısı yarışların dünyada böyük sayda tamaşaçı auditoriyası tərəfindən izlənildiyini vurğuladı.

Bakıda olmaqdan məmnunluğunu ifadə edən və zəngin təəssüratlarının olduğunu deyən Formula-1-in sədri və icraçı direktoru Çeyz Keri paytaxtımızın çox gözəl və möhtəşəm şəhər olduğunu bildirdi. O, şəhəri gəzməkdən və Bakının gözəl mənzərəsini seyr etməkdən məmnunluğunu ifadə etdi. Çeyz Keri yarışlar üçün Bakıda çox gözəl şəraitin yaradıldığını xüsusi vurğuladı.


Böyük ölçüdə