Gerb

24 iyun 2017, 16:35

Hörmətli Mehriban xanım,

Mənim hər iki övladımın – oğlum Amilin və qızım Aytənin anadangəlmə eşitmə qüsuru var. Maddi vəziyyətimiz onlara hər hansı bir kömək göstərməyimizə imkan vermirdi. Sizin diqqət və qayğınız sayəsində övladlarıma eşitmə cihazı hədiyyə edildi. Bir ana olaraq övladlarımın eşitmə probleminin həll olunmasına görə özümü çox xoşbəxt sayıram.

Hörmətli Mehriban xanım, Siz neçə-neçə ailəni çətinliklərdən xilas etmisiniz. Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq. Allah Sizi qorusun.

Hörmətlə,

Əhmədova Lalə.

Azərbaycan Respublikası, Laçın rayonu, Bozlu kəndi.