Əlikram Əşrəfov və başqalarından, Yevlax, Azərbaycan
Hörmətli cənab Prezident,
Biz Yevlax rayonunun Qaraoğlan kəndində yaşayırıq. Əkinçiliklə məşğul oluruq və kənd təsərrüfatı məhsulları əkib-becəririk. Dolanışığımız aqrar sahə ilə bağlıdır. Sizin kənd əməkçilərinə göstərdiyiniz diqqət və qayğını həmişə hiss etmişik və bu gün də hiss etməkdəyik.
Cənab Prezident, torpaqlarımızın Kür çayının yaxınlığında yerləşən hissəsinin suvarılmasında çətinlik çəkirdik. Bilavasitə Sizin kənd əməkçilərinin həyat şəratinin yaxşılaşdırılması barədə tapşırıqlarınız sayəsində Kür çayı sahilində güclü nasos stansiyası quraşdırıldı. İndi torpaqlarımızın suvarılmasında heç bir çətinliyimiz yoxdur.
Buna görə Sizə sonsuz məhəbbətimizi və təşəkkürümüzü bildiririk. Allah Sizi qorusun, cənab Prezident!
Hörmətlə,
Əşrəfov Əlikram
Cəbrayılov Əliş
Allahyarov Əvvəl
Nurəddinov Vaqif
Hacıyev Xanəli və başqaları.
Azərbaycan Respublikası, Yevlax rayonu, Qaraoğlan kəndi.