24 iyun 2017, 11:00

Günel Mehtiyevadan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Səhhətimdəki problemin aradan qaldırılması ilə əlaqədar Sizə müraciət etmişdim. Sizin tapşırığınız əsasında məni rayon xəstəxanasında yoxladıqdan sonra Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə yolladılar. Bu tibb ocağında müayinədən keçdim və beş gün bundan əvvəl lazer üsulu ilə əməliyyat olundum. Artıq özümü yaxşı hiss edirəm.

Əziz Prezidentim, müraciətimə diqqətlə yanaşıldığına və şəfa tapdığıma görə Sizə minnətdarlığımı bildirirəm. Allah hər zaman köməyiniz olsun.

Hörmətlə,

Mehtiyeva Günel Yusif qızı.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hacıbədəlli kəndi.