Gerb

23 iyun 2017, 14:20

Hörmətli Mehriban xanım,

Eşitmə qabiliyyətimizin zəif olması üzündən uzun illər əziyyət çəkirdik. Sizin tapşırığınızla bizə verilən eşitmə cihazı sayəsində artıq bu əziyyətimizə son qoyuldu. Bu, bizə çox böyük köməkdir.

Buna görə Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayırıq. 

Hörmətlə,

Seyidov Musa

Abdullayev Ramazan.

Azərbaycan Respublikası, Zaqatala şəhəri.