23 iyun 2017, 13:55
Arzu Burcalıyav və başqalarından, Göyçay, Azərbaycan
Hörmətli cənab Prezident,
Ölkəmizin inkişafına göstərdiyiniz diqqət və qayğı nəticəsində Azərbaycan gündən-günə inkişaf edir. Respublikamızda bütün yollar mərhələli şəkildə təmir-bərpa edilir, yeni yol infrastrukturu yaradılır. Göyçay rayon Bığır kəndində də yollar yenidən qurularaq sakinlərin istifadəsinə verilib.
Cənab Prezident, bölgələrin inkişafına, o cümlədən Göyçay rayonuna göstərdiyiniz diqqət və qayğıya görə Bığır kəndinin ziyalıları adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Burcalıyev Arzu Sabir oğlu
Ağayev Mustafa Nadir oğlu və başqaları (Cəmi: 8 nəfər).
Azərbaycan Respublikası, Göyçay rayonu, Bığır kəndi.