23 iyun 2017, 13:00

Abdulla Əliyev və başqalarından, Astara, Azərbaycan

Hörmətli cənab Prezident,

Astara şəhərində dənizkənarı park-bulvar kompleksinin ərazisinin genişləndirilməsi ilə bağlı Sərəncamınız bütün astaralılar kimi, bizi də ürəkdən sevindirdi. Respublikamızın hər bir bölgəsinin inkişafı üçün gördüyünüz işlər xalqımızın dərin rəğbət və hörmətini qazanıb.

Əziz Prezidentimiz, Azərbaycanın gündən-günə çiçəklənməsi və abadlaşması, ölkəmizdə turizmin inkişafı istiqamətində fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq. Bu işlərdə daim Sizi dəstəkləyirik.

Ağsaqqallar, ziyalılar və gənclər adından hörmətlə,

Əliyev Abdulla

Əsədullayev Möhübbət

Əhmədzadə Əhməd.

Azərbaycan Respublikası, Astara rayonu, Pensər kəndi.