23 iyun 2017, 12:10

Zinəddin Qurbanovdan, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident,

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci-On birinci qəsəbələr arası avtomobil yolunun əsaslı təmiri ilə bağlı imzaladığınız sərəncamlar biz məcburi köçkünlərin arzularının reallaşmasına xidmət edir və hər birimizdə sevinc hissi yaradır. 

Cənab Prezident, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsini və həyat şəraitinin yaxşılaşdırılmasını, eləcə də digər problemlərimizin həllini daim diqqətinizdə saxladığınız üçün Sizə minnətdarlığımızı bildiririk. Allah həmişə köməyiniz olsun.

Hörmətlə,

Qurbanov Zinəddin Əkbər oğlu,

Cəbrayıl rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Biləsuvar rayonu, 7 saylı qəsəbə.