22 iyun 2017, 14:30

Hidayət Kalbalıyev və Fərmayıl Məmmədovdan, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident,

Biləsuvar rayonu ərazisində cəbrayıllı məcburi köçkünlərin məskunlaşdığı qəsəbələri birləşdirən avtomobil yolunun əsaslı təmiri məqsədilə imzaladığınız Sərəncam biz cəbrayıllılar tərəfindən məmnunluqla qarşılandı. Bununla yanaşı, Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə əlaqədar Sərəncamınız da xüsusilə alqışalayiqdir. 

Şuşaya gedən yol Cocuq Mərcanlıdan keçir. Biz doğma Qarabağımızın bərpası üçün verəcəyiniz sərəncamların arzusu ilə yaşayırıq. Bütün bunlara görə bir daha Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Kalbalıyev Hidayət Möhbalı oğlu

Məmmədov Fərmayıl Şahpolad oğlu,

Cəbrayıl rayonundan məcburi köçkünlər.

Azərbaycan Respublikası, Biləsuvar rayonu, 6 saylı qəsəbə.