22 iyun 2017, 14:21

Qafar Məmmədovdan, Ağstafa, Azərbaycan

Hörmətli cənab Prezident,

Uzun illərdir təmir işləri aparılmayan Ağstafa-Köçəsgər avtomobil yolunun inşası ilə bağlı imzaladığınız Sərəncamınızdan dərhal sonra tikinti işlərinə başlanılması bizi çox sevindirir.

Hörmətli cənab Prezident, həmin yoldan 5 yaşayış məntəqəsinin əhalisi gündəlik istifadə edir. Bizim üçün yaratdığınız bu rahatlığa görə bütün sakinlər adından Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Məmmədov Qafar Binnət oğlu.

Azərbaycan Respublikası, Ağstafa rayonu, Köçəsgər kəndi.