21 iyun 2017, 12:20

Qəzbəs Məmmədovadan, Astara, Azərbaycan

Çox hörmətli möhtərəm cənab Prezident,

Sizin gündəlik qayğı və diqqətiniz sayəsində bütün regionlarda olduğu kimi, Astara rayonunda da tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır. Son illər imzaladığınız sərəncamlarınızla rayonda möhtəşəm layihələr həyata keçirilir. Bu günlərdə növbəti Sərəncamınızla rayon ictimaiyyətini bir daha sevindirdiniz. Astara şəhərində, Vətənimizin cənub sərhədində Xəzər dənizi sahili boyu park-bulvarın genişləndirilməsi barədə Sərəncamınız rayonumuzun daha da gözəlləşməsinə geniş imkanlar yaradır. Bu qayğı və diqqətə görə rayonun bütün təhsil işçiləri, ziyalıları Sizə dərin minnətdarlığını, səmimi hörmət və ehtiramını bildirir. Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Məmmədova Qəzbəs

Azərbaycan Respublikası, Astara rayonu.