20 iyun 2017, 13:05

Turan Rəfiyevdən, Astara, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin gündəlik qayğı və diqqətiniz sayəsində Azərbaycanın bütün bölgələrində sürətli inkişafın şahidi oluruq. Astara rayonunda həyata  keçirilən tikinti-quruculuq və abadlıq işləri bunun bariz nümunəsidir. Son 5 ildə Astara rayonunun sosial-iqtisadi inkişafı ilə əlaqədar imzaladığınız sərəncamlarla xüsusilə dağ kəndlərinə yolların çəkilməsi, o cümlədən Ojəkəran-Pəlikəş avtomobil yolunun tikintisi və digər obyektlərin inşası müvəffəqiyyətlə həyata keçirilir.

Möhtərəm Prezident, bugünkü xoş ovqatımıza ürəklərimizi fəth edən daha bir sevinc bəxş etdiniz. Astaramızın daha da gözəlləşməsinə imkan yaradan, Vətənimizin cənub sərhədində Xəzər dənizi sahilində yerləşən park-bulvarın genişləndirilməsi məqsədilə imzaladığınız növbəti Sərəncamınız rayon ictimaiyyətinin qəlbində müstəqil dövlətimizin xoşbəxt gələcəyinə sönməz işıq saçdı. Biz inanırıq ki, ümummilli liderimiz Heydər Əliyevin Sizin tərəfinizdən uğurla davam etdirilən siyasi kursu xalqımızın xoşbəxt sabahının təmin edəcək.

Hörmətli cənab Prezident, rayonumuzun, şəhər, qəsəbə və kəndlərimizin bütün sakinləri onlara göstərdiyiniz gündəlik qayğınıza, diqqətinizə görə Sizə dərin hörmət və ehtiramlarını bildirir, müstəqil dövlətimizin, xalqımızın xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətinizdə böyük uğurlar arzulayırlar. Biz həmişə Sizinləyik. Allah Sizi qorusun.

Ojəkəran kənd ziyalıları adından dərin hörmətlə,

Rəfiyev Turan İmran oğlu.

Azərbaycan Respublikası, Astara rayonu.