20 iyun 2017, 12:50

Vəsilə Xəlilovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası üçün imzaladığınız müvafiq Sərəncam böyük qayıdışın təməlini qoydu. Xüsusi diqqət və qayğınız sayəsində həyata keçirilən bərpa işlərinin birinci mərhələsi başa çatıb. Kənd artıq öz sakinlərini qəbul etməyə hazırdır. Bu, çox böyük tarixi hadisədir. Orada Şuşa məscidinin bənzəri olan məscidin inşa edilməsi isə Sizin tərəfinizdən atılan daha bir müdrik addım, 2017-ci ilin ölkəmizdə elan edilən “İslam Həmrəyliyi İli”nə dəyərli töhfədir. Bu, həmdə biz şuşalılara böyük bir təsəllidir. Biz bir daha əmin olduq ki, Şuşadakı məscidin də yenidən bərpa olunacağı gün uzaqda deyil.

Cənab Prezident, Siz Cocuq Mərcanlıda gedən bərpa işləri ilə şəxsən özünüz tanış oldunuz. Bununla bir daha sübut etdiniz ki, Şuşada, işğaldan azad olunmuş digər torpaqlarımızda da bərpa işlərinin görüləcəyi gün lap yaxındadır. Odur ki, mən şəxsən öz adımdan və Şuşa rayonundan olan məcburi köçkünlər adından Sizə dərin  minnətdarlığımızı bildirir, tutduğunuz bu müqəddəs və şərəfli yolda daha böyük uğurlar arzu edirik

Hörmətlə,

Xəlilova Vəsilə Əhməd qızı, Şuşa rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.