20 iyun 2017, 12:40

Vasif Quliyev və Vasif Səfərovdan, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident,

Ötən ilin aprel döyüşləri zamanı bir sıra strateji yüksəkliklərin işğaldan azad edilməsinə, böyük qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və Biləsuvar rayonu ərazisində Cəbrayıldan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrin avtomobil yolunun əsaslı təmiri ilə əlaqədar imzaladığınız Sərəncamınıza görə Sizə təşəkkürümüzü bildiririk. 

Cənab Prezident, inanırıq ki, tezliklə torpaqlarımız düşmən işğalından tamamilə azad ediləcək və bütün məcburi köçkünlər öz doğma yurdlarına dönəcəklər. Böyük Qələbəyə gedən yolda Sizə və xalqımıza uğurlar arzulayırıq. Sizə bir daha minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar arzulayırıq. 

Hörmətlə,

Quliyev Vasif Əhməd oğlu

Səfərov Vasif Mübariz oğlu,

Cəbrayıl rayonundan məcburi köçkünlər

Azərbaycan Respublikası, Biləsuvar rayonu.