20 iyun 2017, 12:30

Ağabəy Həsənovdan, Ağstafa, Azərbaycan

Hörmətli cənab Prezident,

Ağstafa-Köçəsgər avtomobil yolunun əsaslı təmir işləri məqsədilə imzaladığınız Sərəncamınıza görə Sizə minnətdarlığımı bildirir, dövlətimizin daha da qüdrətlənməsi istiqamətində fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətli cənab Prezident, həmin yoldan istifadə edən 1 qəsəbənin və 4 kəndin əhalisi adından Sizi əmin edirik ki, biz Sizin apardığınız daxili və xarici siyasətinizi həmişə dəstəkləyirik və daim Sizin arxanızdayıq. Arzu edirik ki, yaxın vaxtlarda Qarabağ torpaqlarında da abadlıq-quruculuq işlərin aparılması ilə bağlı Sərəncam imzalayasınız. Sizə uğurlar diləyirik.

Hörmətlə,

Həsənov Ağabəy Xankişi oğlu.

Azərbaycan Respublikası, Ağstafa rayonu, Vurğun qəsəbəsi.