17 iyun 2017, 16:30

Elxan Əliyevdən, Nijni Novqorod, Rusiya Federasiyası

Hörmətli cənab Prezident,

Mən Vətəndən kənarda yaşasam da, ölkəmizdə baş verən hadisələri, müsbət prosesləri mütəmadi izləyir və buna sevinirəm. Sizin Cocuq Mərcanlı kəndinə bu yaxınlarda etdiyiniz səfərə televiziya vasitəsilə baxdım. Çox şadam ki, işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur və həmin ərazilərdə soydaşlarımızın məskunlaşması təmin edilir.

Cənab Prezident, görülən işlərə, Vətənimizə göstərdiyiniz xidmətlərə və insanlara olan qayğınıza görə çox sağ olun. Gün o gün olsun ki, bütün Qarabağımızda şəhər və kəndlərimizi bərpa edək. Allahdan Sizə və ailənizə möhkəm cansağlığı arzu edirəm. Azərbaycanın başı üzərindən heç vaxt əskik olmayasınız.

Hörmətlə,

Əliyev Elxan Sabir oğlu.

Rusiya Federasiyası, Nijni Novqorod şəhəri.