17 iyun 2017, 13:20

Elnur Xəlilovdan, Cəbrayıl, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycanın müstəqilliyinə yenidən qovuşduqdan sonra qısa müddət ərzində hər sahədə əldə etdiyi yüksək nailiyyətlərdən və sürətli inkişafdan böyük iftixar hissi keçirirəm. Azərbaycanın bu nailiyyətlərini daha da artıracağına, parlayan ulduz olmaqda davam edəcəyinə bütün qəlbimlə inanıram.

Ötən ilin aprel döyüşlərindən sonra qısa müddət ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin biz cəbrayıllılara geri qaytarılmasına çox sevindik. Sizin göstərişinizlə Cocuq Mərcanlıda yeni evlər tikildi. Bundan başqa, 1 saylı qəsəbədən 11 saylı qəsəbəyədək olan yollarımızın yenidən tikintisi üçün imzaladığınız Sərəncamınız bizi çox sevindirdi.

Fürsətdən istifadə edərək, bir daha Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm.

Hörmətlə,

Xəlilov Elnur Elbrus oğlu.

Azərbaycan Respublikası, Cəbrayıl rayonu.