17 iyun 2017, 11:38

Ziyadxan Səmədovdan, Ağstafa, Azərbaycan

Hörmətli cənab Prezident,

Ağstafa-Köçəsgər yolunun tikintisi məqsədilə imzaladığınız Sərəncamınızı kənd sakinlərinə göstərdiyiniz diqqət və qayğı kimi qiymətləndirir və 19 min nəfərdən çox əhalisi olan 5 yaşayış məntəqəsinin sakinləri, o cümlədən ağsaqqalları və ziyalıları adından Sizə minnətdarlıq edirik.

Hörmətli cənab Prezident, arzumuz işğal altındakı torpaqlarımızın geri qaytarılması, həmin torpaqlarda abadlıq-quruculuq işlərinin aparılması, məcburi köçkünlərin və qaçqınların öz doğma yurdlarına qayıtmalarıdır. Biz bunu səbirsizliklə gözləyir və bu işdə Sizə dəstək olmağa hazırıq.

Hörmətlə,

Səmədov Ziyadxan Xamoy oğlu.

Azərbaycan Respublikası, Ağstafa rayonu, Həsənsu kəndi.