16 iyun 2017, 19:40

Rauf Musayevdən, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident,

Müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyev məcburi köçkünlərin problemlərini özünün şəxsi problemi hesab edirdi. Onun qayğısı, diqqəti sayəsində ilk dəfə məhz Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşdığı ərazidə çadır şəhərcikləri ləğv olunaraq müasir qəsəbələr salınmışdı. O vaxtdan keçən illər ərzində qəsəbələr arasındakı yollar istismar müddətini başa vurmuşdu. Sizin 1-11 saylı qəsəbələr arasındakı yolların əsaslı təmiri məqsədilə verdiyiniz Sərəncam biz qəsəbə sakinlərinin ürəyincə oldu.

Cənab Prezident, biz Sizin diqqət və qayğınızı hər zaman hiss etmişik. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz inanırıq ki, Sizin rəhbərliyiniz sayəsində biz qaçqınlar öz dədə-baba torpaqlarımıza dönəcəyik.

Hörmətlə,

Musayev Rauf Musa oğlu.

Azərbaycan Respublikası, Biləsuvar rayonu, 1 saylı Cəbrayıl qəsəbəsi.