15 iyun 2017, 17:30

Səxavət Axundovdan, Astara, Azərbaycan

Hörmətli cənab Prezident,

Astara şəhərindəki park-bulvar kompleksində tikinti işlərinin davam etdirilməsi ilə bağlı Sərəncamınız biz astaralıların hədsiz sevincinə səbəb oldu. Bu Sərəncam Sizin astaralılara olan diqqət və qayğınızın bariz nümunəsidir. Dünyada iqtisadi böhranın, terror hədələrinin, müharibə və münaqişələrin tüğyan etdiyi bir vaxtda ölkəmizdə sabitlik, əmin-amanlıq, iqtisadi tərəqqi, dinamik inkişaf öz axarı ilə davam edir. Bütün bunlar Sizin yorulmaz fəaliyyətinizin, beynəlxalq nüfuzunuzun, düzgün daxili və xarici siyasətinizin bəhrələridir. Biz fəxr edir və qürur duyuruq ki, Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşlarıyıq. 

Sizin xeyir-duanızla təməli qoyulan Astara park-bulvar kompleksinin genişləndirilməsi rayonumuza daha çox turistin gəlməsinə, İran İslam Respublikası ilə sərhəddə yerləşdiyindən xarici ölkələrdən gələn qonaqlarda respublikamızın tərəqqisi haqqında xoş təəssüratların yaranmasına səbəb olacaq. 

Dənizkənarı park-bulvar kompleksi rayonumuzun və bölgəmizin çoxsaylı sakinlərinin mənalı və məzmunlu istirahəti üçün əsl mədəniyyət və istirahət ocağına çevriləcək. 

Cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə bütün astaralılar adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildirir, uzun ömür və möhkəm cansağlığı arzu edirik. 

Dərin hörmətlə, 
Axundov Səxavət Əhməd oğlu. 
Azərbaycan Respublikası, Astara rayonu.