14 iyun 2017, 12:40

Ceyhun Baxşıyevdən, Astara, Azərbaycan

Hörmətli cənab Prezident,

Astara şəhərində park-bulvar kompleksinin genişləndirilməsi üçün ayırdığınız maliyyə vəsaiti Astara rayonunun Ərçivan qəsəbə gənclərinin də hədsiz sevincinə səbəb oldu.

Göstərdiyiniz qayğı və diqqətə görə Sizə səmimi qəlbdən minnətdarlığımızı bildiririk.

Müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi yolunda fəaliyyətinizdə Sizə uğurlar və möhkəm cansağlığı arzulayırıq.

Ərçivan qəsəbə sakinləri adından dərin hörmətlə,

Baxşıyev Ceyhun.

Azərbaycan Respublikası, Astara şəhəri, Ərçivan qəsəbəsi.