16:15
Aprelin 5-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli və çoxtərəfli gündəliyin aktual...
05 aprel 2025, 16:15Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianı qəbul edib.
Dövlət başçısı Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini və bütün sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini, ölkələrimizin bir-birini dəstəklədiyini vurğuladı. İqtisadi sahədə əlaqələrə toxunan Prezident İlham Əliyev bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu qeyd etdi. Azərbaycanın Gürcüstana investisiyalar yatırmasına və Azərbaycan şirkətlərinin Gürcüstanda fəaliyyətinə toxunan dövlətimizin başçısı ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması yollarının müəyyənləşdirilməsinin vacibliyini də vurğuladı. Prezident İlham Əliyev qeyri-enerji, ticarət və digər sahələrdə də əlaqələrin genişləndirilməsi imkanlarının araşdırılmasının zəruriliyini qeyd etdi. Ölkələrimizin nəqliyyat, energetika sahələrində qlobal layihələri uğurla həyata keçirdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstanın digər tərəfdaşlarla birlikdə bu layihələrin reallaşmasında çox səmərəli yanaşma nümayiş etdirdiklərini bildirdi.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria Prezident İlham Əliyevlə görüşündən böyük şərəf hissi keçirdiyini dedi. O, Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verdi.
İqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini deyən gürcüstanlı nazir bu ilin dörd ayında ölkələrimiz arasında ticarət dövriyyəsinin 49 faiz artmasını bunun çox yaxşı göstəricisi kimi dəyərləndirdi.
Görüşdə ölkələrimiz arasında ticarət, investisiya, nəqliyyat, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Aprelin 5-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli və çoxtərəfli gündəliyin aktual...
05 aprel 2025, 16:15Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Möhtərəm cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş...
04 aprel 2025, 18:14Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə İraq Kürdüstan Regionunun hökuməti adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Qoy...
04 aprel 2025, 18:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin...
04 aprel 2025, 11:372025-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 ili tamam olur.
Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik...
04 aprel 2025, 11:35Hörmətli cənab Prezident,
Seneqal Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.
Biz Azərbaycan ilə...
04 aprel 2025, 11:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Qambiya Respublikasının hökuməti və xalqı adından və şəxsən öz...
04 aprel 2025, 10:41Möhtərəm İlham Heydər oğlu.
Sizi Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Müsəlmanlar üçün mühüm əhəmiyyətə malik bu bayram müqəddəs Ramazan ayının başa çatmasını simvolizə edir və İslam dünyasında ən çox...
03 aprel 2025, 20:12Hörmətli İlham Heydər oğlu.
Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu bayram təbiətin oyanmasının, sülh, birlik və əmin-amanlıq yolunda insanlar arasında əlaqələrin möhkəmlənməsinin rəmzidir.
Ənənələrlə və dərin...
03 aprel 2025, 20:10