12 iyun 2017, 17:20

Hafiz Mədətovdan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müasir müstəqil Azərbaycan dövləti Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətiniz nəticəsində gündən-günə inkişaf edir. Azərbaycanın xarici siyasətdəki uğurları, güclü ordunun yaradılması, işğal altındakı torpaqlarımızın bir hissəsinin azad edilməsi, ölkə daxilindəki sosial-iqtisadi yüksəliş və quruculuq işləri bu inkişafın bariz nümunələridir. Dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, ölkəmizdə abadlıq-quruculuq işləri davam etdirilir. Yaşadığımız Masallı rayonunun Əmirtürbə kəndi də son illərdə aparılan quruculuq işləri nəticəsində xeyli inkişaf edib.

Cənab Prezident, bütün bunlara görə şəxsən öz adımdan və kənd sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, güclü Azərbaycan dövləti naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Mədətov Hafiz Mirzağa oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Əmirtürbə kəndi.