12 iyun 2017, 17:00

Aydın Teymurov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Milli Qurtuluş Günü ərəfəsində Sizin Sərəncamınızla kəndimizdə qazılmış 2 subartezian quyusunun açılışı oldu. Bu, biz kənd əməkçilərini ürəkdən sevindirdi. Çünki üzdəniraq qonşularımız Sərsəng su anbarlarından gələn suyun qarşısını kəsir və buna görə də əkin sahələrimizi vaxtlı-vaxtında suvara bilmirdik. Su həyat deməkdir. Harada su varsa, məhsul bolluğu, ruzi-bərəkət var.

Cənab Prezident, biz kənd əməkçilərini düşündüyünüzə, əkin-biçinimiz üçün yaratdığınız gözəl şəraitə və kəndimizdə qazılan subartezian quyularına görə Sarcalı kənd sakinləri adından Sizə dərin  minnətdarlığımızı diləyirik.

Hörmətlə,

Teymurov Aydın

Mehdiyev Mahir

Babayev Cankişi

Səfərov Nazim

Səfərov Bayram

Əliyeva Kəklik.

Azərbaycan Respublikası, Tərtər rayonu, Sarcalı kəndi.