10 iyun 2017, 16:10

Çingiz Məmmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Sərəncamınızla yaradılan Pirallahı rayonu gündən-günə görkəmini dəyişərək inkişaf edir. Yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi və fasadlarının rənglənməsi, avtomobil yollarının yenidən qurulması, uşaq bağçalarının tikintisi, məktəblərin təmiri, yaşıllıqların salınması, ağacların əkilməsi və görülən digər işlər rayonumuza yeni nəfəs gətirib.     Pirallahı Azərbaycanın cənnət guşələrindən birinə çevrilib. 

Cənab Prezident, abadlıq-quruculuq işlərinə, rayonun sakinlərinə göstərilən diqqətə görə Sizə minnətdarlığımı bildirir, Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı, müstəqil Azərbaycanın xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram. 

Hörmətlə,

Məmmədov Çingiz Allahverdi oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.