11:42

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Türkmənistan ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümü münasibətilə Sizə və ölkənizin bütün dost xalqına Türkmənistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasından keçən 25 il ərzində hüquq bərabərliyi, qarşılıqlı fayda və hörmət prinsiplərinə əsaslanan ikitərəfli dostluq əlaqələri və qarşılıqlı faydalı tərəfdaşlıq fəal inkişaf edib və yüksələn xətt üzrə durmadan genişlənməkdə davam edir.
Hazırda ölkələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq qurumlar çərçivəsində uğurlu əməkdaşlıq edir. Nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülən qlobal təşəbbüslərin və təkliflərin qarşılıqlı dəstəklənməsi buna sübutdur.
Türkmənistan-Azərbaycan ticari-iqtisadi münasibətləri dinamik inkişaf edir. Ticari-iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Azərbaycan Hökumətlərarası Komissiyanın fəaliyyəti bu inkişafa çox kömək edir.
İki dövlətin xalqlarının yaxınlaşmasının, onların arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinin mühüm amili olan mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq uğurla genişlənir.
Türkmənistan ölkələrimiz arasında zamanın sınağından çıxmış siyasi, iqtisadi, mənəvi-mədəni əlaqələri bundan sonra da genişləndirmək niyyətindədir. Əminəm ki, Türkmənistan-Azərbaycan münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da durmadan inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqının tərəqqisi və firavanlığı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulamaq istəyirəm.
Dərin hörmətlə,
Qurbanqulu Berdiməhəmmədov
Türkmənistanın Prezidenti
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57