Moldova Respublikası Qaqauz Yeri Muxtar Ərazi Qurumunun başçısı İrina Vlaxdan

27 may 2017, 14:55

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.

Moldova Respublikası Qaqauz Yeri Muxtar Ərazi Qurumunun İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan Sizə hörmət və ehtiramımı bildirirəm.

İcazə verin, Sizi və Sizin şəxsinizdə Azərbaycanın bütün sakinlərini Respublika Günü münasibətilə təbrik edim. Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi bu əlamətdar gün Azərbaycanın tarixində ən parlaq hadisələrdən biri kimi qalacaq.

Azərbaycan Respublikasının zəngin mədəniyyəti, nadir ənənələri, valehedici təbiəti var. Lakin onun ən əsas sərvəti ölkənin inkişafı və rifah halının yüksəldilməsi naminə çalışan sakinləridir. Sizə və Azərbaycan Respublikasının bütün sakinlərinə cansağlığı, xoşbəxtlik, ölkənizin inkişafı ilə bağlı nəzərdə tutulan planların uğurla reallaşmasını, sülh və firavanlıq arzu edirəm.

Sizə səmimi qəlbdən uzun illər boyu Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə sədaqətli yoldaşlar və böyük ruh yüksəkliyi arzu edirəm.

Çox hörmətli cənab Prezident, fürsətdən istifadə edib Sizə yüksək ehtiramımı bildirirəm.

Dərin hörmət və ən xoş arzularla,

 

İrina Vlax

Moldova Respublikası Qaqauz Yeri Muxtar Ərazi Qurumunun başçısı