24 may 2017, 15:10

Səfər Mikayılovdan, Masallı, Azərbaycan

Əziz Prezidentimiz,

Siz Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün böyük layihələrə imza atırsınız. Müxtəlif zümrələrdən olan insanlar həyata keçirilən bu layihələrin müsbət nəticələrini öz gündəlik həyatlarında hiss edirlər. Bununla bərabər, Vətən və xalq qarşısında xüsusi xidmətlər göstərmiş şəxslər də Sizin diqqətinizdən kənarda qalmır. Sizin Sərəncamınızla 1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımın verilməsi bizləri bir daha sevindirdi.

Möhtərəm Prezident, ailəm, övladlarım və nəvələrim göstərdiyiniz bu qayğı və diqqətə görə Sizə və ailənizə dərin minnətdarlıq edir, uzun ömür, möhkəm cansağlığı arzulayırlar. Xalq Sizi sevir və hər zaman Sizinlədir.

Hörmətlə,

Mikayılov Səfər Musa oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Məmmədoba kəndi.