24 may 2017, 15:20

Bayram Tanrıverdiyevdən, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Fərmanınızla Yevlax rayonunda icbari tibbi sığortanın tətbiqi sayəsində insanlara yüksək keyfiyyətli və təmənnasız tibbi xidmət göstərilir. Mən və ailə üzvlərim də bu xidmətdən yararlandıq və çox razı qaldıq. 

Cənab Prezident, Sizə şəxsən öz adımdan və ailə üzvlərimin adından təşəkkürümü bildirirəm. Allah Sizdən razı olsun. 

Hörmətlə,

Tanrıverdiyev Bayram Rəcəb oğlu.

Azərbaycan Respublikası, Yevlax rayonu, Tanrıqullar kəndi.