24 may 2017, 15:30

Gülzar Əhmədovadan, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident,

Əməyimə və zəhmətimə yüksək qiymət verərək “Xalçaçı günü” peşə bayramı ərəfəsində məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Siz qədim xalq sənəti olan xalçaçılığın yaşadılması və daha da inkişaf etdirilməsi üçün mühüm işlər görmüsünüz. Biz xalçaçılara göstərdiyiniz diqqətiniz də el içində hər zaman təqdir olunur.

Cənab Prezident, Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzulayıram. Biz həmişə Sizi dəstəkləmişik və dəstəkləyəcəyik. Bir daha Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əhmədova Gülzar Məhəmmədəli qızı,

Xocalı rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Goranboy rayonu, Meşəli qəsəbəsi.