23 may 2017, 19:30

Mühiddin Rüstəmbəylidən, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident,

Yevlax rayonunda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar bir vətəndaş və pasiyent olaraq Sizə dərin təşəkkürümü bildirirəm. Mən özüm də bu xidmətdən yararlandım və göstərilən yüksək keyfiyyətli tibbi xidmətdən razı qaldım.

Cənab Prezident, buna görə Sizə şəxsən öz adımdan və ailə üzvlərim adından təşəkkürümü bildirirəm. Azərbaycanın inkişafı və xalqımızın rifahının yaxşılaşması naminə gördüyünüz işlərdə Sizə daha böyük uğurlar, möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə,

Rüstəmbəyli Mühiddin Xudabaxış oğlu.

Azərbaycan Respublikası, Yevlax rayonu, Nemətabad kəndi.