Avstraliya İttifaqının General-qubernatoru Piter Kosqrouvdan

23 may 2017, 17:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız – 28 May Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Avstraliya Hökuməti və xalqı adından ən xoş arzularımı çatdırmaq istəyirəm.

Bu il Avstraliya və Azərbaycan ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edəcək. Ölkələrimiz arasında ikitərəfli mehriban münasibətlər mövcuddur, Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl surətdə dəstəkləməkdə davam edir.

Avstraliya Böyük Sədd Rifinin qorunub saxlanması məsələsində Azərbaycan ilə UNESCO-nun Dünya İrs Komitəsində yaxından əməkdaşlığına ümid edir. Mən, həmçinin millətlər arasında qarşılıqlı anlaşmanın və etnik-mədəni müxtəlifliyin dəstəklənməsi üçün mühüm platforma rolunu oynayan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı fəaliyyətinizi təqdir edirəm.

Biz Avstraliyanın BMT-nin İnsan Hüquqları Şurasının 2018-2020-ci illər üçün üzvlüyünə namizədliyinin Azərbaycan tərəfindən dəstəklənəcəyinə ümid edirik. Avstraliya əvvəllər heç zaman İnsan Hüquqları Şurasında təmsil olunmayıb. Ölkəmiz bu quruma üzv seçiləcəyi təqdirdə, tərəfimizdən Şuranın fəaliyyətinə nadir baxış, eləcə də praqmatik və məşvərətçi yanaşma gətiriləcək.

Zati-aliləri, icazə verin, ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafının davam edəcəyinə əminliyimi ifadə edim.

Hörmətlə,

Piter Kosqrouv

Avstraliya İttifaqının General-qubernatoru

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04