23 may 2017, 14:00

Səyyad Quliyev və Qiyas Rzayevdən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident!

Vaxtilə ulu öndərimiz Heydər Əliyev “Təhsil millətin gələcəyidir” demişdi. Siz bu müdrik kəlama uyğun olaraq söylədiniz ki, uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər. Siz söylədiyiniz sözlərinizi əməli işinizlə doğruldur, təhsil sahəsinə daim qayğı göstərir, diqqət yetirirsiniz. Bu yaxınlarda bizim Masallı rayonunun Şatıroba kəndində 180 yerlik ikimərtəbəli yeni məktəb binası tikilərək istifadəyə verildi.

Möhtərəm Prezident, kəndimizdə yeni məktəb binasının tikilib istifadəyə verilməsinə görə Şatıroba ağsaqqalları, ziyalıları, şagirdləri və onların valideynləri adından Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın gözəl sabahı naminə gördüyünüz işlərdə yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Quliyev Səyyad Lətif oğlu

Rzayev Qiyas Mirağa oğlu

Azərbaycan Respublikası, Masallı rayonu, Şatıroba kəndi.