22 may 2017, 18:00

Rahilə Salahovadan, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident,

Xalçaçı kimi əməyimi yüksək qiymətləndirərək Xalçaçı Günü münasibətilə məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə şəxsən öz adımdan, ailə üzvlərim və bütün xocalılılar adından Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Çünki bu medalı təkcə mənə deyil, ümumilikdə, xocalılılara verilən mükafat kimi qəbul edirəm. Biz xocalılılar Sizin diqqət və qayğınızı hər zaman üzərimizdə hiss etmişik.

Əziz Prezidentimiz, məni bu mükafata layiq gördüyünüzə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Çalışacağam ki, bu etimadınızı doğruldum.

Hörmətlə,

Salahova Rahilə.

Azərbaycan Respublikası, Goranboy rayonu, Börü qəsəbəsi.