22 may 2017, 14:30

Asif Əliyevdən, Bakı, Azərbaycan

Əziz Prezident,

Sizin təsdiq etdiyiniz dövlət proqramlarına uyğun olaraq görülən işlər nəticəsində abadlaşan, müasirləşən qəsəbələrdən biri də bizim Pirallahı qəsəbəsidir. Qəsəbəmizin görkəmi son illərdə əsaslı şəkildə dəyişmişdir. Məhəllə və küçələrdə səliqə-səhman yaradılmış, yollar asfaltlanmış, yeni parklar salınmışdır.

Hazırda qəsəbəmizin çoxmənzilli binalarında, eləcə də biz yaşayan binada əsaslı təmir işləri aparılır. Binaların giriş qapıları və dam örtükləri dəyişdirilmiş, fasadları suvandıqdan sonra rənglənmişdir. Həmçinin binalara yeni su xətləri çəkilmiş və sakinlərin su ilə fasiləsiz təchizatı təmin edilmişdir.

Cənab Prezident, bizə bu gözəl şəraiti yaratdığınıza və yaşayışımızı daha da rahatlaşdırdığınıza görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirir, cansağlığı, uzun ömür arzulayıram.

Hörmətlə,

Əliyev Asif Ulubəy oğlu

Azərbaycan Respublikası, Pirallahı rayonu, Pirallahı qəsəbəsi.