19 may 2017, 15:00

Gülnarə Mahmudovadan, Şəki, Azərbaycan

Hörmətli cənab İlham Əliyev,

Bu məktubu Sizə şəxsən öz adımdan və ailə üzvlərimin adından yazıram. Qarşılaşdığım problem Sizə müraciətimdən sonra öz müsbət həllini tapdı. Buna görə Sizə minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı diləyirəm. Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımıza uğurlar arzulayıram. Qoy, Azərbaycan bayrağı hər zaman yüksəklərdə dalğalansın. Bir daha çox sağ olun.

Hörmətlə,

Mahmudova Gülnarə Tofiq qızı.

Azərbaycan Respublikası, Şəki şəhəri.