18 may 2017, 14:30

Fuad Abbasov və başqalarından, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz gördüyünüz işlərinizlə sübut edirsiniz ki, Azərbaycanı və xalqımızı ürəkdən sevirsiniz. Sizin uğurlu sosial-iqtisadi siyasətiniz sayəsində ölkəmiz sürətlə inkişaf edir, xalqımızın güzəranı gündən-günə yaxşılaşır. Sumqayıt şəhərində müşahidə olunan inkişaf da ürəyimizcədir. Şəhərimizə göstərdiyiniz daimi diqqət biz sumqayıtlıların böyük sevincinə səbəb olur.

Möhtərəm Prezident, Sumqayıta göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edirik. Allah Sizi qorusun.

Hörmətlə,

Abbasov Fuad Qabil oğlu

Hüseynov Asif Hüseyn oğlu

Orucova Təranə Vəliş qızı

Süleynova Roza Gülbaba qızı və başqaları.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.