18 may 2017, 14:10

Məhərrəm Əliyevdən, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Rayonumuzda su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı görülən işləri alqışlayır və buna görə Sizə təşəkkürümüzü bildiririk. Sizin tərəfinizdən təsdiq edilmiş ”Azərbaycan Respublikasının regionlarının 2014-2018-cı illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən bu işlər insanların rahat yaşayışı üçün mühüm addımdır.

Ölkəmizdə aparılan quruculuq işlərinə, sosial məsələlərə böyük önəm verdiyinizə görə Allah hər zaman köməyiniz olsun.

Hörmətlə,

Əliyev Məhərrəm Əvəz oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndi.