Gerb

18 may 2017, 14:00

Hörmətli cənab Prezident,

Sizin yürütdüyünüz uğurlu daxili və xarici siyasət hər bir Azərbaycan vətəndaşında, ürəyi Azərbaycanla döyünən hər bir şəxsdə qürur hissi oyadır. Sizin ölkəmiz, onun vətəndaşları üçün gördüyünüz xeyirxah işlər, gözəl əməllər hər kəs üçün örnək və nümunədir.

Əziz Prezidentim, mən də Sizin sosial siyasətinizin bəhrəsini görmüş vətəndaş kimi öz adımdan və ailəm adından Sizə dərin minnətdarlığımı və ehtiramımı bildirirəm. “Tərəqqi” medalı ilə təltif olunmağım haqda Sərəncamınızla mənə dünyaları bəxş etdiniz. Ulu Yaradan yardımçınız olsun.

Hörmətlə,

Xəlilova Kübra Ağali qızı, qocaman xalçaçı.

Azərbaycan Respublikası, Şabran rayonu.