Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 697, № 12, maddə 1085; 2010, № 5, maddə 382; 2016, № 6, maddə 996; 2017, № 2, maddə 163) ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. “I siyahı. Narkotik vasitələr” fəslinə aşağıdakı məzmunda 31-32-ci maddələr əlavə edilsin:
31.
|
MT-45 (IC-6)
|
0,5
|
2,5
|
32.
|
Asetilfentanil
|
0,0002
|
0,001
|
2. “II siyahı. Psixotrop maddələr” fəslinə aşağıdakı məzmunda 112-116-cı maddələr əlavə edilsin:
112
|
alfa-pirrolidinovalerofenon (a-PVP)
|
0.3
|
3
|
113
|
Metoksetamin (MXE)
|
0.4
|
1
|
114
|
para-metoksimetilamfetamin (PMMA)
|
0.5
|
2,5
|
115
|
para-metil-4-metilaminoreks (4,4-DMAR)
|
0.5
|
2,5
|
116
|
Fenazepam
|
2
|
50
|
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel 2017-ci il.