17 may 2017, 14:00

Müştəba Fəttayevdən, Yardımlı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Uzun illər idi ki, kəndimizin sakinləri içməli su qıtlığından əziyyət çəkirdilər. Əhali suyu maşınlarla gətizdirirdi. Sizin təsdiq etdiyiniz regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramına uyğun olaraq, Yardımlı rayonunun bir neçə kəndinə, həmçinin bizim Horavar kəndinə Sineyir mənbəyindən yeni su xətti çəkildi. Mayın 10-da – ulu öndərimiz Heydər Əliyevin doğum günündə su xəttinin açılışı oldu. Bu, bizim üçün böyük bir hədiyyədir.

Cənab Prezident, kəndimizin su problemini həll etdiyinizə görə yerli sakinlər adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Fəttayev Müştəba.

Azərbaycan Respublikası, Yardımlı rayonu, Horavar kəndi.