17 may 2017, 11:20

Rahim Əliyev və başqalarından, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizdə aparılan uğurlu islahatlar, bir çox mühüm sahələrdə əldə olunan müsbət nəticələr xalqımızın sabahına inamını daha da artırmış, ölkəmizin etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.

Çox şadıq ki, Sumqayıt şəhəri də Sizin diqqətinizdən kənarda qalmamışdır. Şəhərimizdə avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə bu yaxınlarda imzaladığınız Sərəncam hər bir sumqayıtlını növbəti dəfə sevindirdi. Şəhərimizin sosial-iqtisadi inkişafı uğurla davam etdirilir. 

Möhtərəm Prezident, Sumqayıt şəhərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. İşləriniz avand olsun!

Hörmətlə,

Əliyev Rahim Rəcəb oğlu,

Vəliyev Fəzail Şirin oğlu,

Mikayılova İradə Bəndalı qızı,

İbrahimova Səidə Vəli qızı və başqaları.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.