16 may 2017, 16:05

Mahmud Novruzovdan, Mingəçevir, Azərbaycan

Möhtərəm Prezident,

Uzun zamandır ürəyimdə ağrılar vardı və mütəmadi olaraq müalicələr götürürdüm. Müayinə və diaqnostika zamanı həkimlər cərrahi əməliyyatın vacibliyini bildirsələr də, maddi vəziyyətimizin çətinliyindən, hər dəfə bunu ertələməli olurdum. Aprel ayının əvvəlində ağrılarım kəskinləşdi və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına müraciət etdim.

Müayinə və analizlərdən sonra, əməliyyatın qaçılmaz olduğunu bildirdilər və əməliyyat üçün Gəncə Beynəlxalq Klinikasına göndərdilər. Sizin sərəncamınızla tətbiq olunan İcbari Tibbi Sığorta sayəsində əməliyyat olundum. Əməliyyatım çox uğurla həyata keçdi və sağlamlığıma qovuşdum. Dünyanın ən əziz neməti olan sağlamlığıma və ailəmə yenidən qovuşduğuma görə Sizə, möhtərəm Prezidentimizə öz adımdan və ailəm adından dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Novruzov Mahmud İsmeyil oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.