Mirzəyar Canəliyev və Cəmilə Vəliyevadan, Yardımlı, Azərbaycan
Text size
16 may 2017, 12:20
Hörmətli cənab Prezident,
Yardımlı rayonunun uzun illər su problemi olan Əngövül kəndinə Sizin göstərişinizlə uzaq məsafədən içməli su xətti çəkildi. May ayının 10-da – dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin doğum günündə açılışını etdiyimiz həmin su xətti əhalinin istifadəsinə verildi. Bununla da kəndimizin uşağından ağsaqqalınadək hər bir sakininə sevinc bəxş olundu.
Əziz Prezidentimiz, bizə bu sevinci yaşatdığınıza görə Allah Sizə hər zaman kömək olsun.
Hörmətlə,
Canəliyev Mirzəyar
Vəliyeva Cəmilə.
Azərbaycan Respublikası, Yardımlı rayonu, Əngövül kəndi.