16 may 2017, 12:00

Vüqar Haşımovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın dəstəyinizlə keçirilən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının açılışı mərasimini televizor vasitəsilə izlədim və çox böyük zövq aldım. Düşünürəm ki, İslam Həmrəyliyi Oyunlarının tarixində belə gözəl, məzmunlu və möhtəşəm açılış mərasimi indiyədək heç vaxt olmamışdı. Bu xoş sözləri bir neçə il bundan əvvəl ölkəmizdə keçirilən “Eurovision” mahnı müsabiqəsi və birinci Avropa Oyunları barədə də deyə bilərəm.

Əziz Prezidentimiz, belə yüksək səviyyəli təşkilatçılıq həm ölkəmizin, həm də xalqımızın adını ucaldır, zirvələrə qaldırır. Buna görə Sizi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təbrik edir, Zati-alilərinizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi bədnəzərdən qorusun.

Hörmətlə,

Haşımov Vüqar Əliyulla oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi.