16 may 2017, 11:50

Sənubər Quliyeva və başqalarından, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Respublikamızın hər bir şəhər və rayonu kimi, Sumqayıt şəhəri də həmişə Sizin diqqət mərkəzinizdə olub. Çəkilən yollar, salınan parklar, yeni istifadəyə verilən bulvar, əsaslı təmir edilmiş yaşayış binaları şəhərimizin bugünkü mənzərəsinə yeni çalarlar qatır. Bütün bu işlər əhalinin rahat yaşayışının təmin olunmasına xidmət edir.

Şəhərimizdə avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə bu yaxınlarda imzaladığınız Sərəncam hər bir Sumqayıt sakinini sevindirdi. Bu, yollarımızın daha da abadlaşmasına, şəhərimizin inkişafına yeni təkan verəcəkdir.

Cənab Prezident, şəhərimizin sosial-iqtisadi inkişafına verdiyiniz dəstəyə görə çoxsaylı sakinlər adından Sizə dərin minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Quliyeva Sənubər

Mehdiyeva İradə

Abdullayeva Firəngiz

Vəliyeva Səadət və başqaları.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.