15 may 2017, 12:40

Rəsmiyyə Ağayevadan, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu gün Sizin sayənizdə bir çox vacib sahələrlə yanaşı, xalçaçılıq sənəti də inkişaf edir, onun maddi-texniki bazası möhkəmlənir. Bu sahədə çalışan insanlar hərtərəfli qayğı ilə əhatə olunurlar. Müvafiq Sərəncamınızla hər il mayın 5-nin respublikamızda “Xalçaçı Günü” peşə bayramı kimi qeyd edilməsi və bayram ərəfəsində ən ucqar rayonlarda çalışan işçiləri belə yüksək dövlət mükafatları ilə təltif etməyiniz Sizi hər birimizin sevimlisinə çevirmişdir.

Möhtərəm Prezident, bu günlərdə çoxillik əmək fəaliyyətimi qiymətləndirərək məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu, ümumilikdə, Lerik rayonunun xalçaçılarına göstərdiyiniz qayğı və diqqətin göstəricisidir. Buna görə rayonumuzun xalçaçıları adından da Sizə dərin təşəkkürümü bildirir, Uca Tanrıdan Sizə uzun ömür və cansağlığı arzulayıram.

Dərin hörmətlə,

Ağayeva Rəsmiyyə Əfrəddin qızı

Azərbaycan Respublikası, Lerik rayonu.